“Eşitdim özünü məzlum göstərməklə qardaş evində qardaşı pisləmisən və yalan danışmısan. Yəqin ki, hələ İran və Azərbaycanın qeyrətindən və təəssübkeşliyindən məlumatsızsan”.
Az.shafaqna.com xəbər verir ki, bunu twitter-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin İranı ittiham edərək İsrail – Fələstin arasında son döyüşlər haqqında videomüraciətinə cavab olaraq yazıb.
Eşitdim özünü məzlum göstərməklə qardaş evində qardaşı pisləmisən və yalan danışmısan. Yəqin ki, hələ 🇮🇷 və 🇦🇿qeyrətindən və təəssübkeşliyindən məlumatsızsan. Bil ki, biz ətlə dırnaq kimi vahid və ayrılmazıq, irin və çirkin dırnağın altında yuva qurmasına icazə vermərik!
🇮🇷🇵🇸🇦🇿 pic.twitter.com/ZsJB3u044M
— S.A. MOUSAVI (@SAMOUSAVI9) May 21, 2021
“Bil ki, biz ətlə dırnaq kimi vahid və ayrılmazıq, irin və çirkin dırnağın altında yuva qurmasına icazə vermərik!”, – deyə iranlı diplomat bildirib.
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik twitter-də İranı terroru maliyyələşdirilən bir nömrəli dövlət adlandırmışdı.
It may feel that we are thousands of miles away from the conflict. But we’re not. Actually, we are right next door to it. #Hamas #Iran pic.twitter.com/Itzk4L16hT
— George Deek (@GeorgeDeek) May 20, 2021