Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda hər 100 min nəfərə düşən yoluxma sayı Hindistandakından azdır.
Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin direktoru Paata İmnadze məhdudiyyətlər barədə danışarkən bildirib.
Onun sözlərinə görə, Hindistanın problemi budur ki, onun səhiyyə sistemi bu cür yoluxma göstəriciləri qarşısında dayana bilmir.
İmnadze deyib ki, vətəndaşlar ehtiyatlı olmalıdırlar, üstəlik də yay dövründə maskadan istifadə etmək çətin olur.
Mərkəz direktoru əlavə edib ki, maskadan istifadə və 23:00-dan başlayan hərəkət məhdudiyyəti xəstəliyin olduqca sürətlə yayılmasına imkan vermir. Lakin sabit epidemioloji vəziyyət halında, tənzimləmələri 2-3 həftədən sonra yumşaltmaq olacaq.
Bu məqaləni paylaş