
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror təşkilatının tərəfdarlarını həbs edib.
Saxlanılan şəxslər Mərkəzi Asiya respublikalarındandırlar. Onlar hərbi qulluqçular və hüquq-mühafizə orqanlarının əməkdaşlarını qətlə yetirərək Yaxın Şərq regionuna qaçmağa hazırlaşırdılar.
Əməliyyat FTX və Rusiya DİN ilə birlikdə keçirilib.
Tutulan şəxslər həmçinin İŞİD terror təşkilatına pul yardımları da ediblər.





























