Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Türkiyə və ABŞ Aralıq dənizində birgə hərbi təlim keçirib.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimdə Türkiyə HDQ-ın “Kemalreis” freqatı və ABŞ-ın qırıcıdaşıyan “Eisenhower” gəmisi iştirak edib.

Hərbi dəniz təlimləri Aralıq dənizinin mərkəzi və şərq hissələrində keçirilib”, – deyə qeyd edilib.

Türkiyə MN həmçinin təlimin fotolarını da paylaşıb.