Avropa İttifaqı “BioNTech-Pfizer”dən 1,8 milyard doza vaksin alır

Avropa İttifaqı (Aİ) Almaniyanın “BioNTech-Pfizer” əczacılıq şirkətindən 1,8 milyard doza yeni növ koronavirus (Kovid-19) əleyhinə peyvənd satın alır.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Avropa İttifaqı Komissiyasının Başçısı Ursula von der Leyen bu barədə sosial media hesabında açıqlama verib.

Qeyd edib ki, “BioNTech-Pfizer” şirkəti ilə Kovid-19 əleyhinə peyvənd satın almaq üçün üçüncü müqaviləmizi imzaladıq. Yeni müqaviləyə əsasən 2023-cü ilə dək “BioNTech-Pfizer” Avropa İttifaqına 900 milyon doza opsionlu olmaqla cəmi 1.8 milyard doza əlavə peyvənd verəcək.

Peyvəndlərin epidemiya və virusun yeni ştammlarına qarşı mübarizəyə töhfə verəcəyini inandığını ifadə edən Von der Leyen, Avropa İttifaqının digər şirkətlərlə bənzər müqavilələr bağlaya biləcəyinə diqqət çəkib.

Bu məqaləni paylaş