Az.shafaqna.com xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu və Misir dövlət televiziyasının bildirdiyinə görə, İsrail və HƏMAS “qarşılıqlı və eyni vaxtlı” atəşkəs üzərində razılıq əldə ediblər.
Lakin Fələstin tərəfi atəşkəsin İsrail tərəfindən təktərəfli qəbul olunduğunu, lakin HƏMAS və digər təşkilatlardan “qarşılıqlı əməl etmə” gözlədiyini bildirdiyini qeyd edirlər.
HƏMAS rəsmiləri Reuters-ə bildirib ki, atəşkəs Qəzzada cümə günü yerli vaxtla gecə saat 2-də qüvvəyə minib.
Atəşkəs cümə axşamı Qüdsdə baş nazirin Təhlükəsizlik Kabinetinin iclasından sonra elan olunub.
Həmçinin təsdiqlənməmiş məlumatlara görə, İsrail atəşkəs müqabilində HƏMAS-ın bütün tələblərinə əməl edəcəyinə söz verib.
Qeyd edək ki, fələstinlilər İsrail tərəfinin təktərəfli atəşkəs elan etməsi və HƏMAS-ın tələblərinə razılıq verməsini qələbə kimi qeyd edirlər.
أجواء عيد وبهجة وفرح في باحات #المسجد_الأقصى احتفاء بنصر المق.اومة. #غزة_تنتصر #فلسطين_تنتصر pic.twitter.com/pN2dCN9uHC
— المركز الفلسطيني للإعلام (@PalinfoAr) May 21, 2021
#شاهد| الهتاف الأكثر دويًا في سماء #المسجد_الأقصى ضمن احتفالات النصر .#غزة_تنتصر#فلسطين_تنتصر pic.twitter.com/bslfVy2zRG
— المركز الفلسطيني للإعلام (@PalinfoAr) May 21, 2021