Yerevanda hökumət binası qarşısında etiraz aksiyası başladı

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Yerevanda Ermənistan hökumət binasının yanında müxalifətin etiraz aksiyası başlayıb.

Onlar Ermənistan baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyanın Azəbaycanla yeni sənədə imza atmağa hazır olmasına dair bəyanatına görə aksiya keçirirlər.

Mitinq təşkilatçıları sənədin bütün 3 bəndinin elan edilməsini tələb edirlər.

Xatırladaq ki, daha öncə Paşinyan bildirmişdi ki, Rusiya və Azərbaycanın iştirakı ilə olan 3-tərəfli görüşün yekunları üzrə yeni sənədə imza atmağa hazırlaşır.

Bu məqaləni paylaş