Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan əhalisinin gürcüdilli sakinlərinin əksəriyyəti rus dilini yaxşı və ya orta səviyyədə bilirlər.

Buna ABŞ Milli Demokratik İnstitutunun (NDI) araşdırması dəlalət edir.

Keçirilən sorğu göstərdi ki, sorğu iştirakçılarının 90%-i rus dilini müxtəlif səviyyələrdə bilirlər.

Rus dilini bilmə səviyyəsi: əla – 24%; orta – 45%; ibtidai – 23%; bilmir – 8%.

İngilis dilinə gəlincə, sorğu iştirakçılarının 52%-i bu dili ümumiyyətlə bilmir. Sorğu iştirakçılarının cəmi 8%-i bu dili əla səviyyədə, 19%-i orta, 19%-i isə ibtidai səviyyədə bilir.

Gürcü dilini isə, gürcüdilli olmayan əhali arasında keçirilən sorğuya əsasən, cəmi 14% orta səviyyədə bilir, 50% təməl sözlər və ifadələri bilir, 37% isə ümumiyyətlə bilmir.

Sorğu telefon vasitəsi ilə 1550 insan arasında 26-30 iyun aralığında keçirilib. Sorğunun xəta dərəcəsi +/- 2% təşkil edir.