Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, ölkədəki müxalifət qüvvələri müharibə arzusu ilə alışıb-yanır. Az.shafaqna.com Sputnik-ə istinadən xəbər verir.
“Onlar həsrətində olduqları müharibə başlamır deyə od tutub yanırlar. Üstəlik, hökumətin hərəkətlərində heç bir sui-qəsd planı yoxdur və ola da bilməz”, – deyə Paşinyan öz “Facebook” səhifəsində yazıb.
O, bütün detalları bu axşam açıqlayacağını bəyan edib.
Qeyd edək ki, Paşinyan bu gün keçirilən Ermənistan Nazirlər Kabinetinin iclasında Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşdığını bildirib. O, sənədin 100% Ermənistanın maraqlarına cavab verdiyini də vurğulayıb. Paşinyan qeyd edib ki, əgər Azərbaycan öz razılığını versə, onda o, sözügedən sənədi imzalayacaq.