Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya onun ərazisinə əl uzatmaq cəhdlərinə sərt cavab verəcək.
Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, bir ölkə güclü olan kimi, dərhal onun rəqibləri onun inkişafına mane olmaq üçün bəhanələr tapırlar. Bu cür bəhanələr hətta SSRİ-nin dağılmasından sonra da davam edib.
“Həqiqətən, potensial çox böyükdür, ərazi dünyanın ən böyük ərazisi olaraq qalmaqdadır, 146 milyon insan – yüzmilyonlarla və hətta milyarddan çox əhalisi olan ölkələrlə müqayisədə elə də çox olmasa da, hər bir halda çox hesab olunur. Və kimsə açıq şəkildə deməyə cürət tapır ki, guya ki, Sibir kimi regionun sərvətllərinin Rusiyaya məxsus olması ədalətli deyil”, – deyə o qeyd edib.
O deyib ki, bəziləri Rusiyadan bəzi şeyləri “dişləyib qoparmaq” istəyir.
“Lakin onlar – bunu etmək istəyənlər bilməlidirlər ki, biz onların hamısının dişlərini elə vurub sındırarıq ki, (bir daha heç vaxt) dişləyə də bilməzlər”, – deyə Putin əlavə edib.
Onun sözlərinə görə, bununla belə, Rusiya iqtisadiyyatı hərbiləşdirilməsi istiqamətində getmir və ölkənin builki müdafiə xərcləri təxminən 42 milyard dollar təşkil edib və xatırladıb ki, ABŞ-ın hərbi xərcləri isə 770 milyard dolladan artıqdır.
Rusiya prezidenti deyib ki, Rusiya öz rəqiblərinin qarşısını almağa davam edəcək, “çünki bizim bir çox rəqiblərimizə Rusiya kimi ölkə sadəcə olaraq lazım deyil”.
Putin bəyan edib ki, Rusiya ordusunun əlində ən müasir nüvə arsenalı var.