Gürcüstanda işsiz insanların sayı artdı – RƏSMİ STATİSTİKA

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda 2021-ci ilin 1-ci kvartalında işsizlik səviyyəsi, ötən ilin analoji dövrü ilə müqayisədə, 3,7 faiz artaraq 21,9% təşkil edib.

Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat verib.

“Şəhər tipli qəsəbələrdə işsizlik səviyyəsi 4,9 faiz, kənd tipli qəsəbələrdə isə 3,3 faiz azalıb”, – deyə qeyd edib.

Bununla yanaşı, 2021-ci ilin 1-ci kvartalında işlə təmin olunmuşların payı isə ümumi işlə təmin olunmuşların 69,4 faizini təşkil edib və bu, ötən ilin oxşar dövrü ilə müqayisədə, 1,2 faiz azdır.

Cari ilin 1-ci kvartalında şəhərlərdəki işsizlik səviyyəsi, 2020-ci ilin analoji dövrü ilə müqayisədə, 5,7% artıb, kənd yerlərində isə bu artım 0,4% təşkil edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş