Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakənə səfəri zamanı  320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib. Prezidentə binada yaradılan şərait barədə məlumat verilib.

Prezident daha sonra Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tədbirdə də iştirak edib.

Bundan başqa İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib. Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.