Obama: Pentaqonda “uçan boşqabların” şəkilləri var

Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Barak Obama etiraf edib ki, Pentaqonun gizli arxivlərində “uçan boşqabların” şəkilləri var.

O deyib ki, 2008-ci ildə prezident olduqdan sonra ölkə arxivlərindəki yadplanetlilərlə bağlı sənədlərlə maraqlanmağa başlayıb.

Obama qeyd edib ki, mənşəyi ilə bağlı izah verilə bilməyən uçan obyektlərin görüntüləri və müşahidələri var.

“Biz onların necə hərəkət etdiyini, onların trayektoriyasını izah edə bilmirik”, – deyə o əlavə edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş