İraqlı deputatlar COVID-19-a görə iclaslara gəlmirlər

52
0

Az.shafaqna.com xəbər verir ki, İraq parlamentinin deputatları koronavirusa yoluxmaq təhlükəsinə görə parlamentin iclaslarında iştirakdan imtina edirlər.

Bu barədə parlamentdəki mənbədən məlumat verilib.

Hazırda iclasların bərpası və ya çağırışının heç bir əlaməti yoxdur. Parlament üzvləri (nümayəndələr) palatasının iclaslarına gəlmirlər. Onlar koronavirusa yoluxmaqdan ehtiyat edirlər”, – deyə bildirilib.

Qeyd edilir ki, 30-dan çox deputat bu virusa yoluxub, onlardan bəziləri hazırda müalicə alırlar.

Əlavə edilib ki, bununla bağlı İraq parlamentinin iclaslarının video formatda keçirilməsinə dair plan hazırlanır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin