Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, dünyanın ən böyük aysberqi bu günlərdə Antarktidadan qopub.
Buna “Sentinel-1” peykinin məlumatları dəlalət edir.
Avropa Kosmik Agentliyinin məlumatına əsasən, buz parçasının sahəsi təxminən 4320 kvadrat kilometrdir. Bu isə Abşeron yarımadasından təxminən 2 dəfə böyükdür.
Qeyd edək ki, Abşeron yarımadasının sahəsi 2110 kvadrat kilometr təşkil edir.
Alimlər qeyd ediblər ki, A-76 adlandırılan ayseberqin uzunluğu170 km və eni 25 km-dır.
O, Antarktidadakı Ronne şelf buzlağının qərb hissəsindən qopub və hazırda Veddell dənizindədir.
Xatırladaq ki, əvvəlki aysberq rekordu isə 3880 kvadrat kilometr olub. A-32A adlı həmin obyekt də Veddell dənizindədir.
Bu məqaləni paylaş