Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Balakən rayonuna səfər edib.

Az.shafqna.com xəbər verir ki, Azərbaycan dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, Azərbaycan Prezidenti Qobustanda koronavirus xətələrinin müalicəsi üçün modul tipli xəstəxananın,həmçinin İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlini qoyduqdan sonra, İsmayıllıda modul tipli xəstəxananın açılışında iştirak edib.