Gürcüstan MİB başçısı rüşvət üstündə tutuldu

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiya ilə Mübarizə Agentliyinin (KMA) əməkdaşlarıı Milli İcra Bürosunun (MİB) başçısını xüsusi iri məbləğdə rüşvət alarkən tutublar.

DTX-ın məlumatına görə, istintaq müəyyən edib ki, MİB başçısı köçürdülmə prosesinin yarımil müddətinə durdurulmasının əvəzində vətəndaşdan 3500 dollar məbləğində rüşvət tələb edib.

Xüsusi iri məbləğdə rüşvət almaq faktı üzrə istintaq aparılır və saxlanılan şəxs 7-11 il müddətinə azadlıqdan məhrum edilə bilər.

İstintaq DTX KMA tərəfindən aparılır.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş