Rusiyadan Ermənistan-Azərbaycan sərhədilə bağlı təklif

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Az.shafaqna.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Dünən qeyri-rəsmi olaraq KTMT xarici işlər nazirlərinin işinə başladıq. Erməni həmkarımızın xahişinə baxdıq. Bu xahişə uyğun olaraq Bakı və İrəvan arasındakı münasibətləri müzakirə etdik”, – deyə o, mətbuat konfransında bildirib.

“Tərəflərlə ilkin razılaşmaya əsasən, Rusiya Federasiyası sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində yardım göstərməyi təklif edib və bu məqsədlə birgə Ermənistan-Azərbaycan komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Rusiya bu komissiyada məsləhətçi və ya vasitəçi kimi iştirak edə bilər”, – deyə Lavrov qeyd edib.

Bu məqaləni paylaş