Gürcüstanda gələn həftədən “Sinovak” ilə vaksinasiya başlayacaq

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, gələn həftə Gürcüstanda “Sinovak” ilə vaksinasiya başlayacaq.

Bu barədə Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

Onun sözlərinə görə, tarix Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz tərəfindən elan ediləcək.

Eyni zamanda, Qabuniya deyib ki, “Sinovak” ilə vaksinasiya yaşı 18 yaşdan başlayacaq.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş