Kadırov: Mən Putinin əsgəriyəm, layihəsiyəm

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov bildirib ki, özünü Rusiya prezidenti Vladimir Putinin “piyada əsgəri” və onun “layihəsi”, həmçinin “xalqın qulluqçusu” hesab edir.

“Mən Çeçenistan Respublikasının başçısıyam, bizim öz gerbimiz və bayrağımız var, mən respublikanın seçilmiş başçısıyam, mən Putinin piyada əsgəriyəm, mən, demək olar ki, prezidentin layihəsiyəm. Əgər o, ən çətin zamanlarda mənim xalqımı dəstəkləməsə idi, bəlkə də, bu gün başqa cür olardı”, – deyə o qeyd edib.

Kadırov əlavə edib ki, Putin ona inanır və onun fəaliyyəti dini baxışları ilə zidd deyil.

O deyib ki, Çeçenistanın bərpası və regionda təhlükəsizlik ilə bağlı bütün nailiyyətlər əsasən Rusiya prezidentinin məziyyətləridir.

Bu məqaləni paylaş