Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Palermo şəhərinin rəhbərliyi, pandemiyanın olmasına baxmayaraq, müsəlmanlara açıq havada bayram namazı qılmağa şərait yaradıb.
Bayram namazında minlərlə müsəlman açıq hava altında bir yerə toplaşıb. Müsəlman icmasının ağsaqqalları sosial məsafəyə əməl edilməsi və maskadan istifadə olunmasına nəzarət ediblər.
Maraqlısı budur ki, müsəlmanların bayram tədbirində şəhərin meri Leoluka Orlando da şəxsən orada iştirak edib və müsəlmanlarla eyni cərgədə durub və ehtiram əlaməti olaraq onlar qarşısında başını aşağı salıb.
“Bu cür anlarda biz qardaşlıq münasibətləri qurmalıyıq ki, sülh bərqərar olsun və biz özümüzü İlahi məxluq kimi hiss edək”, – deyə mer müsəlmanlar qarşısında çıxışında bildirib.