Ərdoğan İsrailə dəstək verən dövləti lənətlədi

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, dövlət müəssisələrində İsrail bayraqları asdığı üçün Avstriya hökumətini lənətləyib.

Kanslerin ofisinin binasında İsrail bayrağı asan Avstriya dövlətini lənətləyirəm. Dövlət müəssisəsi binasında terror dövlətinin bayrağını asmaq terrorlar bir yerdə olmaq deməkdir”, – deyə o bildirib.

Ərdoğan əlavə edib ki, İsrailin hərəkətlərinə dəstəyini ifadə etmiş bütün qalan dövlətlər də “tarixə uşaq qətlinə göz yummuş ölkələr kimi həkk olunacaqlar”.

Bu məqaləni paylaş