Daha 150 Azərbaycan vətəndaşı Gürcüstandan geri qayıdacaq

145
0

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, daha 150 Azərbaycan vətəndaşı Gürcüstandan vətəninə qayıdacaq.

Onlarla yanaşı Azərbaycanda yaşama hüququ olan və ya Azərbaycan vətəndaşı ilə evli olan 119 Gürcüstan vətəndaşı da təxliyyə ediləcək. Həmçinin 1 Türkiyə və 8 Rusiya vətəndaşı da vətənlərinə geri dönəcəklər.

Ötən gün vətənlərinə qayıdan şəxslərdən koronavirus testi götürülüb, bütün test nəticələri mənfi olub.

Onların hamısı 4 xüsusi avtobusla Tbilisidən “Qırmızı körpü” sərhəd keçid məntəqəsinə gətiriləcəklər.

Təxliyyə edilən şəxslər karantinə yerləşdirilməyəcəklər.