
Az.shafaqna.com TASS-ya istinadən xəbər verir ki, “Forbes” jurnalı dünyanın ən bahalı brendlərinin siyahısını təşkil edib.
ABŞ-ın seriallar və filmlərin video axın şəkildə təchizçisi olan “Netflix” brendinin dəyəri il ərzində 72% artaraq 26,7 milyard dollar təşkil edib.
Siyahının ilk yerini isə 241,2 milyard dollar dəyəri olan “Apple” brendi tutub.
Onun ardınca isə “Google” (208,5 milyard dollar), “Microsoft” (162,9 milyard dollar), “Amazon” (135,4 milyard dollar) və “Facebook” (70,3 milyard dollar) gəlir.
Həmçinin “Coca-Cola”, “Disney”, “Samsung”, “Louis Vuitton” və “McDonald`s” şirkətləri 10-luğa daxil olub.
Ötən ilk TOP-10-da olan “Toyota” bu il 7% dəyər itirərək 11-ci yerdə qərarlaşıb.
Keçən isə 10-luqda olmayan “Louis Vuitton” isə 20% dəyər qazanaraq 9-cu yerədək qalxa bilib.
Lider şirkətlərdən yalnız “Facebook” və “Samsung”, müvafiq olaraq, 21% və 5% dəyər itirib. Qalan markalar isə bahalaşıblar.
İlk ərzində ən böyük artım (72%) sərgiləmiş “Netflix” isə 26-cı yeri tutub.
Həmçinin “Chanel” (42%), “Amazon” (40%), Microsoft (30%) və “PayPayl” (24%) şirkətləri də ciddi dəyər qazananlar sırasındadır.
Dünyanın 100 ən bahalı brendinin ümumi dəyəri 2,54 trilyon dollar təşkil edib. Onların yarısından çoxu ABŞ şirkətləri, 10-u Almaniya, 9-u Fransa, 6-sı Yaponiya və 5-i İsveçrə şirkətlərinin payına düşür.
100 şirkətin 20-si texnoloji, 14-ü maliyyət xidməti, 11 avtomobil sektoru, 8-i satış sahəsi şirkətləridir.






























