Məlum olduğu kimi dünən Dmanisidə sahibkar və onun mağazasına bir qrup hücum edən eko-miqrant svanlar bu gün də təxribata əl atıblar.
Az.shafaqna.com Gürcüstan mediasına istinadən xəbər verir ki, dünən milli zəmində təxribat yaradanların azad edilməsi tələbilə bir qrup şəxs bu gün Dmanisidə polis kordonunu yararaq polis idarəsinə hücum ediblər.
Dünənki hadisə:
“Sputnik Gürcüstan”ın xəbərinə görə, gərginlik davam edir.
Münaqişədə iştirak edən şəxslərdən bir neçə svan mənşəlilər 1tv müxbirinə hücum edib.
İnterPress isə xəbər verir ki, Dmanisi şəhərinin girişinə toplaşan bir qrup vətəndaş şəhərə girmək istəyib, lakin baş tutan qarşıdurmadan sonra şəhərə girişlər bağlanılıb.
Polisin müqavimətindən sonra etiraz fiziki qarşıdurmaya çevrilib. Vətəndaşlar polisin kordonunu pozub və Dmanisinin mərkəzinə tərəf yönəlib.
Bu gün yerli sakinlər arasında baş verən qarşıdurmadan sonra Daxili İşlər Naziri Vaxtanq Qomelauri və müavini, habelə DTX-nin rəhbəri Qriqol Liluaşvili və millət vəkili Sozar Subari Dmanisiyə gəlib.
Daxili İşlər Naziri Dmanisidə jurnalistlərə açıqlama verib.
Nazir deyib: “Dünən baş verənlər çox təəssüf doğurur. İstintaqa dünən başladıq. Şəxsin kimliyindən asılı olmayaraq, qanun pozanların hamısı sərt şəkildə cəzalandırılacaq. Bu çox pis bir həqiqətdir. Bəzi insanlar nədənsə bu mövzunun etnik qarşıdurmaya çevirilməsinə çalışırlar, burada hansısa bir qüvvə və qrupdan bəhs etmək istəmirəm”.
Azərbaycanlılar və gürcülərin Gürcüstan vətəndaşlarıo olduğunu deyən nazir “Əsrlər boyu birlikdə yaşayırlar, onlar bizim qardaşlarımızdır. Əlbətdə bu məsələ etnik qarşıdurmaya keçməməlidir. Etnik azərbaycanlılar hər şeydən əvvəl vətəndaşlarımızdır, bununla belə Azərbaycan strateji tərəfdaşımız, müttəfiqimiz, qonşumuz və dostumuzdur. Buna imkan verməməliyik. Bunun etnik bir məsələ olduğunu söyləyən və qarışdırmaq istəyən ölkənin düşmənidir. Buna imkan verməyəcəyik”, -deyə əlavə edib.
1 tv bu günkü hadisələrin bir hissəsini təqdim edib: