Tbilisidə ictimai nəqliyyat 23:00-dək fəaliyyət göstərəcək

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Tbilsidəki ictimai nəqliyyat bu gündən 23:00-dək sərnişinlərə xidmət göstərəcək.

Bu barədə Gürcüstan paytaxtı meriyasından məlumat verilib.

“Bu gündən paytaxtda avtobuslar, metro və marşrut taksiləri 23:00-dək sərnişinlərə xidmət göstərəcək”, – deyə qeyd edilib.

Kanat yollarına gəlincə isə, onlar 10:00-dan 22:00-dək işləyəcəklər. Yalnız Baqebi ilə Tblisi Dövlət Universitetinin korpusunu birləşdirəmn kanat yolu 08:00-dan 20:00-dək işləyəcək.

Sərnişinlər əvvəlkitək maska rejiminə əməl etməlidirlər.

Bu məqaləni paylaş