Hər il yüzminlərlə işçi uzun çəkən iş gününə görə ölür

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, dünyada hər il yüzminlərlə işçi uzun çəkən iş gününə görə dünyasını dəyişir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) məruzəsində deyilir.

Həftədə 35-40 saat işləyən insanlarla müqayisədə, həftədə 55 və daha çox saat işləyən insanlarda ürək tutması riski 35%, ürək xəstəliklərindən ölmə riski isə 17% daha çoxdur.

Qeyd edilib ki, hər il yüzminlərlə insan uzun çəkən iş gününə görə həyatını itirir. Məsələn, 2016-cı ildə bu səbəbdən ölənlərin sayı 745 min nəfər təşkil edib.

Həmçinin bildirilib ki, bu səbəblə olan ölüm hallarının 75%-i orta və yuxarı yaşlı insanların payına düşür. Ölümlərin əksəriyyəti isə Cənub-Şərqi Asiya və Qərbi Sakit Okean regionunda qeydə alınıb.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş