Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda gecə vaxtı hərəkət məhdudiyyəti 23:00-dan 05:00-dək davam edəcək.
Qərar Koordinasiya Şurasının iclası zamanı qəbul edilib.
Qeyd edək ki, daha öncə “komendant saatı” 21:00-dan başlayırdı.
Bildirilib ki, Şura yumşalma ilə bağlı – vaxtın azaldılmasına dair qərarı epidemioloji vəziyyətin detallı təhlili əsasında qəbul edib.
Bundan başqa, ölkədəki açıq tipli restoranlar həftəsonları da müştəri qəbul edə biləcək.
Daha öncə isə qidalanma obyektləri yalnız həftəiçi yerində xidmət göstərə bilirdi.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava qeyd edib ki, mehmanxana daxilində yerləşən restoranlardakı 21:00-dan sonra fəaliyyətin məhdudlaşdırılması qaydası da ləğv edilir.