Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, bu gün gecə saatlarında İranın şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar Şimali Xorasan əyalətinin Sənxast şəhərində qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin ardınca azı 10 afterşok baş verib.
İran Qızıl Ayparasının xilasetmə xidmətinin başıçsı Mehdi Vəlipur bildirib ki, 3 nəfər xəsarət alıb. Hazırda 11 xilasetmə dəstəsi xəsarət alanlara yardım üçün bölgəyə göndərilib.
Bu məqaləni paylaş