Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Birləşmiş Millətlər Təşkilatının İsrail və Fələstinə qarşıdurmaların dayandırılması ilə əlaqədar etdiyi çağırışının kifayət etmədiyini bildirib.
Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Mustafa Şentop rəsmi “Twitter” səhifəsində paylaşım edib. Mustafa Şentop Birləşmiş Millətlər Təşkilatının İsrail və Fələstinə etdiyi çağırışını qiymətləndirib.
“BMT-nin İsrail və Fələstinə qarşıdurmaların dayandırılması və iki dövlətli həll üçun müzakirələrin yenidən başlaması ilə əlaqədar etdiyi çağırış müsbət bir addım olsa da, kifayət etmir. BMT İsrailin törətdiyi qətliamları, dövlət terroru və cinayətləri öz gündəminə daxil etməlidir”,-deyə Türkiyə Böyük Millət Məclisinin sədri qeyd edib.
BM’nin İsrail ve Filistin’e yönelik çatışmalara son verme ve iki devletli çözüm için müzakerelere dönme çağrısı olumlu olsa da yeterli bir adım değil.
BM, İsrail’in sivil katliamlarını, devlet terörünü ve işlediği insanlık suçlarını âcilen gündemine almalıdır.
— Mustafa Şentop (@MustafaSentop) May 16, 2021