Çavuşoğlu Borel və Məryəm Əl-Mehdilə Fələstini müzakirə edib

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel və Sudanın xarici işlər naziri Məryəm Al-Sadig Əl-Mehdi ilə telefonla danışıb.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, telefon danışıqlarında Fələstindəki son vəziyyət və atılacaq addımlar müzakirə olunub.

Bu arada nazir Çavuşoğlu “Twitter”də Naəqbənin (Böyük fəlakət) 73-cü ildönümü üçün paylaşdığı mesajında “Yüz minlərlə fələstinlinin yurdlarından didərgin düşdüyü Nakba fəlakətinin 73-cü ildönümündə Fələstin xalqı hələ də etnik, dini və mədəni təmizləməyə məruz qalır. Azadlıq və şərəf mübarizələrində sona qədər fələstinli qardaşlarımızın yanındayıq” ifadələrini işlədib.

Bu məqaləni paylaş