Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, işğalçı Ermənistan rejimi ərazisində fəaliyyət göstərən Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti 141 günlük dayandırılıb.

“Bu gün – 15 mayda Ermənistan AES-də stansiyanın istismar müddətinin uzadılması və təmiri layihəsi əsasında əsas planlı-öncəliyici təmir başlayıb”, – deyə qeyd edilib.

Əlavə edilib ki, 141 günlük fasilə AES-in ikinci enerji blokunun müasirləşdirilməsi üzrə son mühüm işlərlə bağlıdır.

Qeyd edək ki, sözügedən AES Yerevandan təxminən 30 km cənubda, Metsamor şəhəri yaxınlığında yerləşir. Stansiyada 2 enerji bloku var. İlk blok 1976-cı ilin dekabrında istifadəyə veriib, 2-ci isə 1980-ci ilin yanvarında.

Əvvəlki məqaləAzərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan MÜRACİƏT
Növbəti məqalədəAzad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı oldu – FOTO/VİDEO