Gürcüstan Dəmir Yolları sabaha əlavə reys təyin etdi

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan dəmir yolları böyük sərnişin axını səbəbi ilə 16 may tarixində Tbilisi-Batumi-Tbilisi istiqamətində əlavə reys təyin edib.

Əlavə qatar 07:25-də Tbilisidən, 13:40-da isə Batumidən çıxacaq.

Artan sərnişin axımı Gürcüstandakı iki həftəlik tətillərin bitməsi ilə bağlıdır. Tətillərin rəsmi şəkildə 14 mayda bitməsinə baxmayaraq, ölkənin qərbindən olan bir çox sakinlər bazar günü evdə qalmaq qərarı veriblər.

Bir qayda olaraq, bir çox rayon sakinləri Pasxa bayramları öncəsi Tbilisidən öz evlərinə qayıdırlar. Bu, yollarda böyük tıxaclara və şəhərlərarası ictimai nəqliyyatda yüklənmələrə səbəb olur.

Bu məqaləni paylaş