Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan hökuməti üçün həm şəhərlər, həm də kəndlərdə keyfiyyətli infrastruktura və güclü regionlara sahb olmaq mühümdür.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava danışıb.

“Müvafiq olaraq da, keyfiyyətli internetə çıxış və fiber-optik şəbəkənin mövcudluğu kəndlərimizin inkişafı üçün vacib şərtdir”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan 2021-2025-ci illər üçün başladılmış qlobal internet-layihəsinə bütün Gürcüstan boyu, o cümlədən də şəhər mərkəzlərindən uzaqda yerləşən və hələ keyfiyyətli internetə çıxışı olmayan kəndlər də daxil olmaqla, 1000-dək yaşayış məntəqəsi daxildir.

O qeyd edib ki, sözügedən layihə təxminən yarım milyon insanı əhatə edəcək.

Əvvəlki məqaləOperativ Qərargahın bu qadağası sabahdan etibarən ləğv edilir
Növbəti məqalədəPiyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib