Britaniyanın hicablı deputatı həmkarlarına çağırış etdi

Az.shafaqna.com xaric mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın ilk hicablı parlament üzvü öz həmkarlarını və ölkənin Fransadakı səfirini fransalı deputatların təşviq etdiyi 18 yaşadək olan hicab qadağasını pisləməyə səsləyib.

30 yaşlı Əfsanə Bəyim 2019-cu ildə Böyük Britaniya parlamentinin ilk hicablı deputatı olub.

Gənc müsəlman xanım səfir Ed Llevellinə məktub göndərərək Fransa senatının təsdiqlədiyi 18 yaşadək şəxslər üçün hicabı qadağan edən qanun layihəsini açıq şəkildə pisləməyə çağırıb.

Müsəlman deputatın məktubunda Ceremi Korbin, Con Makdonnell, Don Batler və Şami Çakrabardi kimi nüfuzlu siyasətçilərin dəstək imzaları da var.

Əfsanə Bəyimin sözlərinə görə, hicab qadağası dini azlıqların damğalanmasına səbəb olacaq və Fransa vətəndaşlarının dini hüquqlarını kobud şəkildə pozacaq.

O deyib ki, Fransanın bu qərarını alçaldıcı hesab edir.

Bu məqaləni paylaş