Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Türkiyə Qarabağ məsələsində Azərbaycana dəstək verdiyi kimi Fələstinə də dəstək verəcək.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Biz terror dövləti İsrailin zülmündən qəzəblənmişik. İsrail bütün sərhədləri aşıb”, – deyə o qeyd edib.
Ərdoğanın sözlərinə görə, İsraili durdurmaq bəşəriyyətin borcudur.
“Biz beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə səsləyirik. BMT-in iştirakı vacib şərtdir. Edilməli olanlar dərhal edilməlidir, əks halda dəhşətli nəticələr qaçılmazdır”, – deyə o əlavə edib.
Bu məqaləni paylaş