Azərbaycanda orta illik inflyasiya artıb

2021-ci ilin aprel ayında Azərbaycanda inflyasiya mart ayında qeydə alınmış 0,9% səviyyəsində inflyasiyaya qarşı 0,3% təşkil edib. Bu barədə “Az.shafaqna.com”-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

“2021-ci ilin aprel ayında respublikada inflyasiya 0,3% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,2% bahalaşıb”, – deyə məlumatda bildirilir.

Aprelin sonuna Azərbaycanda orta illik inflyasiya 4% (2021-ci ilin mart ayının sonuna 3,9%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 4,7%, qeyri-ərzaq malları üzrə 3,7%, xidmətlər üzrə 3,1% təşkil edib.

İqtisadiyyat Nazirliyi 2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 2020-ci ildə qeydə alınmış 2,8%-ə qarşı 3% səviyyəsində proqnozlaşdırır.

Bu məqaləni paylaş