Şəhidin şəhadət yaşı

Heç kəs anadan qəhrəman doğulmur. Onu yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr, malik olduğu xarakter, ən başlıcası, xalqın ruhunun can ortağı olan ruhu yetişdirir.

Az.shafaqna.com Real TV-yə istinadən xəbər verir ki, qəhrəmanlardan biri də Hüseyn Rzayevdir. Ağlı kəsəndən, dili söz tutandan evdə, məktəbdə, televiziya verilişlərində erməni vəhşilikləri barədə çox görüb eşitmişdi. Məktəbdə Xocalı faciəsindən inşa yazanda, tərtəmiz ürəyinə göstərəcəyi qəhrəmanlığın ilk sətirləri yazılırdı.

O,1994-cı il may ayının 14 də Gədəbəy rayonunun Novo-Saratovka kəndində anadan olub. 2014-cü ildə hərbi xidmətə yollanıb. 21 sentyabr 2020-ci ildə könüllü olaraq yenidən hərbiyə yola düşüb. Başkənd, Füzuli bölgələrində qəhrəmanlıqlarıyla seçilib. 26 oktyabr 2020-ci ildə Vətən müharibəsində şəhid olub.

Hüseyn Rzayev 23 noyabr 2020-ci ildə doğulduğu kənddə dəfn edilib. Ondan danışanların söhbətinə sakitcə qulaq asmaq olmur. Bu söhbətlər insanın varlığında qeyri-adi hisslər, ürəyində kövrək duyğular oyadır. İyirmi iki yaşlı qəhrəmanın ruhu qarşısında istər-istəməz baş əyirsən.

Bu məqaləni paylaş