Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, təbii fəlakət Oni rayonunun 2 kəndinə zərər vurub. Çayın öz sahilindən çıxması nəticəsində yollar və yaşayış evləri zədələnib.
Raça qubernatoru Leçxumi Arçila Caparidzenin məlumatına əsasən, Raçada 12 kəndlə əlaqə kəsilib, 10 körpü zədələnib, 3 sahədə mərkəzi magistral ciddi ziyan görüb, bir neçə kəndin elektrik enerjisi ilə təminatı məhdudlaşıb.
Baş nazir Qiorgi Qaxariyanın tapşırığı ilə müvafiq qurumların rəsmiləri Raçaya yola düşüb.






























