Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, hakim komanda Şarl Mişelin sənədlərinin bütün bəndlərinin yerinə yetirilməli olduğunu anlayır.
Onun sözlərinə görə, “Gürcü Arzusu”-nun hər bir təmsilçisi razılığın yerinə yetirilməsində məusiliyyət daşıyır.
“Sənəd partiya tərəfindən imzalanıb. Beləliklə də, tərəf nümayəndəsi bu sənədin yerinə yetirilməsində məsuliyyət daşıyır. Bütün komanda anlayır – həm parlament çoxluğu, həm də icraçı hakimiyyət. Bununla da bu sazişin hər bir bəndi yerinə yetiriləcək”, – deyə o qeyd edib.
Bu məqaləni paylaş