Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, həkim və teleaparıcı Aleksandr Myasnikov sağlamlığa ziyan olmadan arıqlamaq haqqında danışıb.

Onun sözlərinə görə, ilk 3 ayda çəkini yalnız 5% azaltmaq lazımdır. Bu nəticə əldə edildikdən sonra daha 5 kq çəki atmaq olar.

Ümumi çəkini cəmi 5%-ni azaltdıqda ümumi piy miqdarı 9%, “piy önlüyü” 17% və qaraciyərdəki piy 50% azalır”, – deyə o bildirib.

O, həmçinin taqətdən salan pəhrizlərdən uzaq olmağı məsləhət görüb, çünki kalorini kəskin məhdudlaşdırdıqda orqanizm enerji sərfiyyatını azaldır. Nəticədə də, insan əvvəlki qidalanma rejiminə qayıdan zaman istər-istəməz atdığı çəkiləri bərpa edir.