Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrətdin Altun sosial şəbəkə hesabında “Hər beynəlxalq platformada Fələstin üçün mübarizəmizi davam etdirəcəyik” deyə yazıb.
Az.shafaqna.com trthaber-ə istinadən xəbərinə görə, Altun deyib ki, İsrail qətliamlarını və terror aktlarını fasiləsiz olaraq davam etdirir. İşğalçı İsrail illərdir qanunsuz şəkildə bütün insan hüquqlarını pozaraq mühasirədə saxladığı Qəzzada indi də qurudan əməliyyat başladır. Hər beynəlxalq platformada Fələstin üçün mübarizəmizi davam etdirəcəyik. İsrailin qanunsuz münasibətinə son qoymaq üçün nə lazımdırsa edəcəyik. Mübarizəmiz Fələstin tamamilə azad olunana qədər davam edəcəkdir. Bu qanunsuzluq və işğala dərhal son qoyulmalıdır.
Prezident Aparatının sözçüsü İbrahim Kalın da “Twitter ” hesabından verdiyi açıqlamada “İsrailin hücumları yeni qırğınların xəbərçisidir. İsrailin qanunsuz və işğalçı mövqeyinə görə məsuliyyət götürməyə dəvət edirik. Türkiyə Fələstin xalqının yanında olmağa davam edəcək” deyib.
Filistin için uluslararası her platformda mücadele etmeye devam edeceğiz.
İsrail’in bu hukuk tanımaz tavrının son bulması için ne gerekiyorsa yapacağız.
Mücadelemiz Filistin tam anlamıyla özgürlüğüne kavuşana dek sürecektir.
Bu hukuksuzluk ve işgal derhal son bulmalıdır.
— Fahrettin Altun (@fahrettinaltun) May 13, 2021
İsrail, katliamlarına ve terör eylemlerine aralıksız bir şekilde devam ediyor.
İşgalci İsrail, yıllardır hukuksuz bir şekilde her türlü insan hakkını ayaklar altına alarak abluka altında tuttuğu Gazze’ye şimdi de kara operasyonu başlatıyor.
— Fahrettin Altun (@fahrettinaltun) May 13, 2021