Kuçava “Lelo” fraksiyası ilə görüşür

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin sədri Kaxa Kuçava “Lelo – Gürcüstan üçün həmkarlıq” fraksiyası ilə görüşür.

Görüşdən öncə Kuçava jurnalistlərə bildirib ki, söhbət cari məsələlərdən gedəcək.

Parlament sədri həmçinin digər müxalifət partiyalarının nümayəndələri ilə də görüşməyi planlaşdırır.

O, bu görüşü tanışlıq görüşü adlandırıb.

“Gürcüstan üçün Lelo” partiyası parlamentdə fraksiya formalaşdırıb. “Lelo”-nun parlamentdə 4 mandatı var və onların fraksiyasına Saloma Samadaşvili, Armaz Axvlediani və Şalva Şavqulidze qoşulub.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş