Netanyahunun oğlu Türkiyəyə: Siz erməni soyqırımı törətmisiniz

Az.shafaqna.com xəbər verir ki, İsrail baş nazirinin böyük oğlu Yair Netanyahu Türkiyənin ünvanına ittihamlar səsləndirib.

Twitter vasitəsilə yazdığı paylaşımda “Siz Anadolunun sakinləri deyilsiniz, siz Orta Asiyadan gəlmisiz və yerli yunan xristian əhaliyə qarşı soyqırım həyata keçirmisiniz. İstanbul əslində – Konstantinopoldur, siz qanunsuz oranı işğal etmisiniz. Siz həmçinin erməni soyqırımı törətmisiniz.”, -deyə yazıb.

İsrail baş nazirinin oğlu həmçinin Türkiyənin Şimali Kipri, Şimali Suriya və Kürdüstanı qanunsuz işğal etdiyini də yazıb. Onun sözlərinə görə, Türkiyəni diktator idarə edir. Netanyahunun oğlu Türkiyənin Osmanlı zamanı kimi ərəb dünyasına zülm etmək istədiyini də qeyd edib.

Xatırladaq ki, bu Netanyahunun Türkiyəyə qarşı və ermənipərəst ilk açıqlamaları deyil.

Bu məqaləni paylaş