Az.shafaqna.com “Mehr”-ə istinadən xəbər verir ki, İranın məhkəmə sistemi İnterpoldan tələb edir ki, Sepah generalı Qasim Süleymaniyə qarşı törədilmiş sui-qəsdə görə ABŞ prezidenti Donald Tramp beynəlxalq axtarışa verilsin.

Qasim Süleymaniyə qarşı sui-qəsd məsələsinin hazırlığında iştirak etmiş və bu məsələ ilə məşğul olmuş 36 nəfərin kimliyini müəyyən edə bildik. Onlar arasında ABŞ və digər ölkələrin siyasi və hərbi xadimləri də var”, – deyə Tehran prokuroru Əli Mehr bildirib.

Onun sözlərinə görə, məhkəmə orqanları onların məsuliyyətə cəlb edilməsi və İnterpol vasitəsi ilə qırmızı statusun elan edilməsinə dair qərar qəbul edilib.

O qeyd edib ki, bu insanlar “qətl” və “terrorçuluqda” ittiham edilirlər.

Siyahının başında isə ABŞ prezidenti Donald Trampdır”, – deyə o əlavə edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin