Əhmədinejad prezidentliyə namizəd oldu

İranın eks prezidenti Mahmud Əhmədinejad prezidentliyə namizəd olub.

Az.shafaqna.com xəbər verir ki, İranda keçiriləcək 13-cü prezident seçkilərində namizədlər 5 gün içində namizədliklərini irəli sürəcəklər. İranın eks prezidenti Mahmud Əhmədinejad da prezidentliyə namizədliyini qeydiyyata aldırıb.

Məlumta görə, eks prezident İran daxili işlər nazirliyinə gedərək qeydiyyat işlərini yerinə yetirib.

Məlumata görə, ilk gündə 57 nəfər qeydiyyatdan keçib.

Lakin namizədlərlə bağlı rəy əlaqədar qurum tərəfdən sonra açıqlanacaq.

Bu məqaləni paylaş