Quranın ən böyük əlyazma səhifəsi hazırlandı

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Özbəkistanda dünyanın ən böyük əlyazma Qurani-Kərim səhifəsi hazırlanıb.

İslam Mədəniyyət Mərkəzinin direktoru Şoazim Münəvvərov deyib ki, XIV əsrdən qalma əlyazma Quran nüsxəsinin cəmi bir səhifəsindən istifadə edlib.

Onun sözlərinə görə, əlyazma dünyada ölçüsünə görə ən böyük Quran səhifəsi sayılır.

Səhifə özbək xəttat Nəcməddin Fəyyazi tərəfindən 6 aya hazırlanıb və XIV əsrə aid Quran səhifəsinin böyüdülmüş sürətidir.

Səhifə qızıl suyu ilə işlənilib. İstifadə olunan boya isə Türkiyədən gətirilib.

Bu işin Ginnesin Rekordlar Kitabına salınması istiqamətində proses başladılıb.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş