Markus Winkler / Pexels

Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, isti havada soyuq çay və soyuq qəhvə istifadəsini məhdudlaşdırmaq lazımdır, çünki bu içkilər olduqca kalorilidir.

Bu haqda Rusiyanın keyfiyyətə nəzarət təşkilatı “Roskaçestvo” bildirib.

Qeyd edilir ki, istehsalçılar soyuq qəhvəyə şəkər və ya qaymaq qatırlar, onun tərkibində həmçinin şirinləşdirici və müxtəlif turşluq stabilizatorları ola bilər. Bu cür içkinin kalorililiyi adi latte və ya kapuçinodan daha yüksəkdir.

Soyuq çaya gəlincə isə, belə bir içkinin 1,5 litrlik butulkasında 40-50 qramı şəkər ola bilər. Həkimlər isə gündəlik şəkər dozasını 50 qramla məhdudlaşdırmağı məsləhət görürlər. Onların tərkibində diabet və ya ürək xəstəliklərinə səbəb ola bilən şirinləşdiricilər də ola bilər.

Mütəxəssislər tərkibində az şəkər və konservant olan məhsulları seçməyi məsləhət görürlər.