Az.shafaqna.com “Irısh Times”-a istinadən xəbər verir ki, irlandiyalı Rut Mecber qeyri-müsəlman olmasına baxmayaraq, hər il Ramazan ayında oruc tutmasının səbəbi barədə danışıb.
Onun sözlərinə görə, o, Dublində doğulub böyüyüb və katolik məktəbdə oxuyub, lakin uşaqlıqdan Ramazan ayı barədə məlumatlı olub.
Mecber deyib ki, yeniyetmə olanda müstəqil şəkildə fərqli-fərqli dinlər, o cümlədən də İslam dini ilə maraqlanıb.
“Yeniyetmə yaşımda mən elan etdim ki, Ramazanda oruc tutmağa çalışacağam, bu, ətrafdakı hər kəs üçün şok oldu”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Ramazan ayı qışa düşəndə, Rutun ailəsi Milad süfrəsini gec açırdı ki, Mecber doğmaları ilə birlikdə süfrə arxasında əyləşə bilsin, çünki irland qız hər gün oruc tuturdu.
Gənclik illərində orqanizmini təmizləmək və sadə məqsədlərlə şəkildə oruc tutan Mecber indi – yaşı 30-u keçən halda “mənəvi axtarış içərisindədir” və buna görə də Ramazanda oruc tutmağa davam edir.
“Sən oruc tutanda sənin zehnin qeyr-adi şəkildə aydın olur”, – deyə o, öz təəssüratlarını bölüşüb.