Bakıda stansiya ərazisindən oğurluq cəhdi

Əhmədli yük stansiyasının ərazisindən oğurluq etmək istəyənlər saxlanılıb.

Bu barərədə Az.shafaqna.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 11-də Əhmədli yük stansiyasının ərazisindən 14 ədəd şpal altı, 112 ədəd birləşdirici sırğa, 18 ədəd rels boltlarını və 6 ədəd rels bərkidicisini oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Mustafalı və Ə.Rüstəmov saxlanılıblar.

Bu məqaləni paylaş